"Zirə" yoxlama matçında Özbəkistan komandasına uduzub

"Zirə" yoxlama matçında Özbəkistan komandasına uduzub

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Zirə" bu gün yoxlama oyunu keçirib.

"Cebheinfo.az" xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda Özbəkistan təmsilçisi "Navbahor"la münasibətləri aydınlaşdırıb.

Görüş rəqibin qələbəsi ilə yekunlaşıb - 3:1. Təmsilçimizin təsəlli qolunu Yeqor Boqomolski vurub.

Qeyd edək ki, "Zirə" Bakıda keçirdiyi ilk yoxlama oyununda "Qarabağ"a 3:4 hesabı ilə məğlub olub.

"Cebheinfo.az"