İki müğənni söz davasına çıxdı - VİDEO

İki müğənni söz davasına çıxdı - VİDEO

TV-də 2 müğənni bir çörəyi bölə bilməyib.

"Cebheinfo.az" xəbər verir ki, "5 gün Mikayıl ilə" verilişində Qumral ilə Aygünün sözləri bir-birinin boğazından keçməyib. 

Onlar qarşılıqlı ittihamlarla bir-birini susdurmağa çalışıblar. Tərəflər arasında ağız davası zamanı Qumral həmkarının atmacalarına belə cavab verib:

"Atmaca ilə danışamağa ehtiyac yoxdur. Hər şeyi görürəm, uşaq deyiləm. Eyni toyda hərəkətlərini gördüm. Yekə-yekə danışmaq lazım deyil. Efirdən kənarda sözlərini mənə deyərsən və cavabını alarsan. Beynin xarabdırsa, get, düzəltdir". 

Aygün adlı ifaçı isə ona bu sözlərlə qarşılıq verib:

"Özünü mələk kimi aparma! Səni də görürlər, bizi də. Açıb desəm, gərək verilişdən gedək. Səndən niyə qorxum ki?! Çörəyimi, suyumu vermisən?! Ev, yoxsa maşın almısan?! Eyni məclislərə getmişik, ikimizə də pul xərcləyiblər. Nə xərcləyibsə, mənə verib, kimə nə?!"(Yenisabah.az)

"Cebheinfo.az"