Birlikdə belə görüntüləndilər
Məhur Hollivud ulduzu Bred Pitt və özündən 29 yaş kiçik olan sevgilisi İnes de Ramon, təxminən 3 il yarım davam edən münasibətləri müddətində ilk dəfə romantik bir pozada görüntüləniblər.
“Cebheinfo.az” xəbər verir ki, daha əvvəl dəfələrlə əl-ələ kameraların obyektivinə tuş gələn məşhur cütlük Teylor Sviftin toy mərasiminə hazırlaşarkən səmimi fotolar çəkdirib.
Cütlüyün saç ustası Laurice Zanoletti onların bir-birinə sevgi dolu baxışlarını əks etdirən fotoları çəkərək "Instagram" hesabında paylaşıb.
Sosial şəbəkə istifadəçiləri isə bu görüntüləri Bred Pitt və İnes de Ramonun münasibətlərini ilk dəfə rəsmi şəkildə nümayiş etdirməsi kimi dəyərləndiriblər.
Əfsanə
“Cebheinfo.az”

