Xankəndidə Silahlı Qüvvələr Günü qeyd olundu - FOTOLAR

Xankəndidə Silahlı Qüvvələr Günü qeyd olundu - FOTOLAR

Xankəndi şəhəri 1 nömrəli körpələr evi-uşaq bağçasında 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, tədbirdən öncə Dövlət Himni səsləndirilib, vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra müəssisənin direktoru Gülmirə Eyniyeva, Azərbaycanda güclü, yüksək döyüş hazırlığına malik ordunun yaranma tarixindən, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə Ordunun döyüş qabiliyyətinin daha da yüksəlməsindən, maddi-texniki bazanın möhkəmləndirilməsindən danışıb.

Bildirib ki, 2020-ci ildə Vətən müharibəsi zamanı ordumuzun əldə etdiyi böyük zəfər, Silahlı Qüvvələrimizin güc və qüdrətinin göstəricisidir və bu gün Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib.

Tədbir, Silahlı Qüvvələr Günü münasibətilə körpələr evi-uşaq bağçasının balaca sakinlərinin vətənpərvərlik ruhunda hazırladıqları ədəbi-bədii proqramla başa çatıb.

“Cebheinfo.az”