Azərbaycanda uşaqlar niyə ölürlər?

Dövlət Statistika Komitəsi 2024-cü ildə ölkəmizdə 1 420 körpə ölümünü qeydə alıb.
Bildirilib ki, körpələrdən 804-ü oğlan, 616-sı qızdır.
Körpələrin ölümünə əsas səbəb nə olub?
Məsələ ilə bağlı Dövlət Statistika Komitəsi “Cebheinfo.az”-ın sorğsuna cavab olaraq bildirib ki, 1 yașadək ölən uşaqlar arasında ölümün əsas səbəbləri müxtəlif xəstəliklər və perinatal dövrdə meydana çıxan hallar olub.
Rəsmi məlumata əsasən, körpə ölümlərinin əsas səbəbləri bunlardır:
Bütün səbəblərdən ölən uşaqların sayı 1420
Bəzi infeksion və parazitar xəstəliklərdən 47 körpə
Sinir sisteminin xəstəliklərindən 32 körpə
Tənəffüs sistemi xəstəliklərindən 178 körpə
Həzm sistemininxəstəliklərindən 10 körpə
Perinatal dövrdə meydana çıxan bəzi hallardan 735 körpə
Anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntularından 101 körpə
Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən 12 körpə
Digər səbəblərdən 305 körpə.
Komitənin 2024-cü il üzrə rəsmi məlumatlarına əsasən, ölkədə hər 10 000 diri doğulan körpəyə orta hesabla 138,8 körpə ölümü düşüb:
Bəzi infeksion və parazitar xəstəliklərdən 4,6
Sinir sisteminin xəstəliklərindən 3,1
Tənəffüs sistemi xəstəliklərindən 17,4
Həzm sistemininxəstəliklərindən 1,0
Perinatal dövrdə meydana çıxan bəzi hallardan 71,8
Anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntularından 9,9
Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən 1,2
Digər səbəblərdən 29,8 ölüm qeydə alınıb.
Statistikaya əsasən, ən yüksək ölüm göstəricisi perinatal dövrdə meydana çıxan hallarla bağlıdır. Bu hallar 10 000 diri doğulan körpəyə 71,8 ölüm faktı ilə qeyd olunub ki, bu da ümumi körpə ölümü səbəbləri arasında ən böyük paya sahibdir.
Əfsanə Rəcəb
“Cebheinfo.az”