İdmançılarımız 2 medal qazandı

İdmançılarımız 2 medal qazandı

Azərbaycan akrobatları Polşanın Jeşuv şəhərində keçirilmiş Dünya Kubokunda iki gümüş medal qazanıblar.

Bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Qarışıq hərəkətlər proqramında Abdulla Əl-Məşayxi, Seymur Cəfərov, Riad Səfərov və Rəsul Seyidli ibarət kişi qrupu 29.070 xalla, Daniel Abbasov-Murad Rəfiyev cütlüyü isə 28.730 xalla ikinci yeri tutaraq gümüş medala sahib çıxıblar.

"Cebheinfo.az"