Övladlığa və himayədar ailəyə verilən uşaqların sayı açıqlandı

Övladlığa və himayədar ailəyə verilən uşaqların sayı açıqlandı

"2019-cu il noyabrın 1-dən ümumilikdə 737 uşaq övladlığa verilib".

"Cebheinfo.az" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov agentliyin beş illiyinə dair keçirilən mətbuat konfransında deyib.

Sədr bildirib ki, onlardan 371-i oğlan, 366-sı qızdır:

"Habelə son illərdə ölkəmizdə "Himayədar ailə" qayğı modelinin tətbiqinə başlanılıb və artıq 49 uşaq himayədar ailələrə verilib. Onlardan 30-u qız, 19-u oğlanlardır".

"Cebheinfo.az"