Şamaxıda kişi qətlə yetirildi: 31 yaşlı kürəkəni tutuldu - YENİLƏNİB

Şamaxıda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilir ki, iyunun 29-da Şamaxı şəhəri ərazisində Elşən Quliyevin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla Teymur Əliyevin iyunun 29-da saat 23 radələrində şəhərin Xətai və Füzuli küçələrinin kəsişməsində aralarında yaranmış mübahisə zamanı qayınatası Elşən Quliyevə bıçaqla xəsarətlər yetirməsi nəticəsində sonuncunun yerləşdirildiyi xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Teymur Əliyev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam edir.
10.01
Şamaxıda qətl hadisəsi baş verib.
APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə gecə saatlarında Şamaxı şəhərində qeydə alınıb.
İlkin məlumata əsasən, 1994-cü il təvəllüdlü Əliyev Teymur Vüqar oğlu ailə münasibətləri zəminində qayınatası 1971-ci il təvəllüdlü Quliyev Elşen Seyfi oğluna bıçaqla ağır xəsarət yetirib.
Təcili olaraq rayon mərkəzi xəstəxanasına çatdırılan şəxsin həyatını xilas etmək olmayıb. Bıçaqlanan şəxs bir müddət sonra xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"