“Sputnik-Azərbaycan”da əməliyyat keçirilir

“Sputnik-Azərbaycan”da əməliyyat keçirilir

Hazırda “Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir.

"Cebheinfo.az" xəbər verir  ki, polis ofisi nəzarətə götürüb.

Qeyd edək ki, bir müddət əvvəl “Sputnik-Azərbaycan”ın fəaliyyəti dayandırılmışdı. Buna baxmayaraq, agentliyin fəaliyyətini davam etdirdiyi, əməkdaşların işə çıxdığı məlum olub.

Məlumatı Daxili İşlər Nazirliyi təsdiqləyib.

"Cebheinfo.az"