5 sosial xidmət mərkəzinin açılması planlaşdırılır

İlin sonunadək 5 sosial xidmət mərkəzinin açılması planlaşdırılır.
"Cebheinfo.az" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Agentliyin 5 illiyinə dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bununla da həmin mərkəzlərin sayı 10-a çatdırılacaq.
"Agentliyin prioritetlərindən ən əsası sosial xidmətlər şəbəkəsinin genişləndirilməsidir", - deyə Agentlik sədri vurğulayıb.
"Cebheinfo.az"