Aİ Türkiyədəki danışıqları gözləyir

Avropa İttifaqı (Aİ) ölkələri ABŞ-dən yeni anti-Rusiya sanksiyaları tətbiq etməyi xahiş etməzdən əvvəl Ukrayna üzrə mayın 15-də İstanbulda keçirilməsi planlaşdırılan danışıqlara qədər gözləmək qərarına gəliblər.
Bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.
Məlumata görə, mayın 12-də ABŞ Moskvaya təzyiqlərin tətbiqi üçün Ankara danışıqlarının nəticələrinin gözlənilməsinin vacibliyini bəyan edib.
"Cebheinfo.az"