NATO liderləri bir arada: “Ailə fotosu”

Niderlandda NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə Zirvə görüşü başlayıb.
"Cebheinfo.az" xəbər verir ki, görüşdə 32 üzv ölkənin və tərəfdaş ölkələrin dövlət və hökumət rəhbərləri iştirak edir.
İclasda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edir. Ona xarici işlər naziri Hakan Fidan müşayiət edir.
Proqrama rəsmi qarşılama mərasimindən sonra “ailə fotosu” çəkildi. Ərdoğan toplantı öncəsində ABŞ Prezidenti Donald Tramp və İspaniya Baş naziri Pedro Sançes ilə söhbət edib.
Orta Şərqdəki gərgin hadisələrin davam etdiyi bir vaxtda keçirilən zirvədə Prezident Ərdoğanın önəmli mesajlar verəcəyi gözlənilir. Ərdoğan tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirəcək.
Qeyd edək ki, NATO-nun 2026-cı ildə keçiriləcək növbəti zirvəsi Türkiyədə baş tutacaq.
Nigar Hacılı
"Cebheinfo.az"