Almaniyada kişi avtomobili izdihamın üzərinə sürüb

Almaniyada kişi avtomobili izdihamın üzərinə sürüb

Almaniyanın Passau şəhərində bir kişi avtomobilini insanların üzərinə sürüb.

APA xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

"Polis sürücünün avtomobili qəsdən insanların üzərinə sürdüyünü istisna etmir. Qurbanların sayı və onların xəsarətlərinin ciddiliyi hələ müəyyən edilməyib", - məlumatda deyilir.

İlkin məlumata görə, hadisə zamanı sürücünün həyat yoldaşı və qızı da yaralanıb.

Sürücü polis tərəfindən saxlanılıb.

"Cebheinfo.az"