"Milan" isveçrəli yarımmüdafiəçini heyətinə qatmaq istəyir

"Milan" isveçrəli yarımmüdafiəçini heyətinə qatmaq istəyir

Almaniyanın "Bayer 04" klubunun futbolçusu Qranit Caka karyerasını İtaliyada davam etdirə bilər.

"Report" “Sky Sports”a istinadən xəbər verir ki, "Milan" 32 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.

İsveçrəli oyunçu Leverkuzen təmsilçisindən ayrılmaq imkanını müzakirə edir. Onun klubla 2028-ci ilin yayınadək müqaviləsi var.

Qeyd edək ki, Qranit Caka 2024/2025 mövsümündə "Bayer 04"də meydana çıxdığı 50 oyunda 2 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

"Cebheinfo.az"