Türkiyə sahillərində zəlzələ baş verdi

Türkiyənin Çanaqqala şəhərinin Gökçeada rayonu sahillərində 5.2 bal gücündə zəlzələ baş verib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) "X" hesabında məlumat verib.
Məlumata görə, zəlzələnin episentri Yunanıstanın Ayion Oros bölgəsində, Gökçeadadan 130 kilometr məsafədə yerləşib.
Zəlzələ yerli vaxtla saat 15:46-da 7 kilometr dərinlikdə qeydə alınıb.
Təkanlar Çanaqqala, İzmir, Aydın və ətraf ərazilərdə, həmçinin Egey və Mərmərə bölgələrində hiss olunub.
"Cebheinfo.az"