Qazaxıstanla Britaniya arasında yeni hərbi əməkdaşlıq

Qazaxıstanla Britaniya arasında yeni hərbi əməkdaşlıq

İki ölkə arasında imzalanan müqavilədə qazax əsgərlərinin Böyük Britaniyanın hərbi akademiyalarında hazırlanması və birgə təlimlərin təşkili qərara alınıb.

"Cebheinfo.az" xəbər verir ki, Qazaxıstan Müdafiə Nazirliyinin nümayəndə heyəti Londona rəsmi səfəri çərçivəsində Britaniya rəsmiləri ilə görüşüb.

Danışıqlar nəticəsində 2025-2026-cı illəri əhatə edən “Hərbi ıməkdaşlıq planı” imzalanıb. 

Razılaşmada qazax əsgərlərinin Böyük Britaniyadakı hərbi məktəblərdə təlim keçməsi, sülhməramlı əməliyyatlara hazırlıq və dil hazırlığı kimi məsələlər önə çəkilir.

Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu bəyan edib ki, ötən il imzalanan strateji tərəfdaşlıq sazişi iki ölkə arasında siyasi və iqtisadi əlaqələri gücləndirəcək.

Britaniyanın xarici işlər naziri Devid Kemeron Mərkəzi Asiya ölkələri üçün 50 milyon funt-sterlinq (təxminən 5,4 milyard rubl) inkişaf fondu ayırdıqlarını açıqlayıb.

Nigar Hacılı 
"Cebheinfo.az"