Geyimlərini hədiyyə edəcək - VİDEO

Əməkdar artist Rühəngiz Allahverdiyeva geymlərini hədiyyə edəcək.
"Cebheinfo.az" xəbər verir ki, müğənni bu haqda "Gün ortası" verilişində danışıb. O bildirib ki, özünün tikdiyi geyimləri hədiyyə verəcək:
"İstəmirəm ki, öləndən sonra paltarlarımı ölü geyimi kimi götürsünlər. Sağ ikən geyimlərimi hədiyyə edəcəyəm. Kim bəyənsə, istəsə, verəcəyəm. Yeni sənətə gələn sənət adamı ola bilər, bəlkə paltarı yoxdur. Götürüb geyinsinlər. Biz də o vaxtlar başqalarının geyimlərini geyinirdik".
"Cebheinfo.az"