Fransa İsrailə xəbərdarlıq ETDİ

Fransa İsrailə xəbərdarlıq ETDİ

Fransa hökuməti İsrailin "mümkün qədər tez Livan ərazisindən çıxmasını" istəyir.

"Cebheinfo.az" xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyi İsrailin Livanın paytaxtı Beyrutun cənubundakı Dahiyə bölgəsinə hücumlarını pisləyib.

Bəyanatda tərəfləri atəşkəs razılaşmasına əməl etməyə çağırıb və İsraildən “mümkün qədər tez bütün Livan ərazilərini geri çəkməyi” tələb edib.

Xatırladılıb ki, Livan ərazisində atəşkəs razılaşması çərçivəsində yaradılan monitorinq mexanizminin məqsədi “Livan və İsrailin təhlükəsizliyinə və sabitliyinə zərər verəcək hər hansı eskalasiyanın qarşısını almaqdır”.

2024-cü il noyabrın 27-də İsrail və Livan arasında atəşkəs razılaşmasına baxmayaraq, İsrail müqaviləni tez-tez pozur.

Livana qurudan hücumlar zamanı sərhəddəki qəsəbələrə daxil olan İsrail ordusu, atəşkəs razılaşmasındakı geri çəkilmə bəndinə baxmayaraq 5 nöqtədə varlığını davam etdirir.

Havadan və qurudan hücumlarla sərhədə yaxın qəsəbələrdə böyük dağıntılara səbəb olan İsrail, atəşkəsdən aylar keçməsinə baxmayaraq, Livanın cənubundakı avtomobilləri və bəzi nöqtələri PUA-larla hədəf almağa davam edir.

Nigar Hacılı 
"Cebheinfo.az"