Son 3 ildə bu göldən tam 19 meyit tapıldı

ABŞ-də Texas ştatının Austin şəhərində yerləşən Lady Bird gölündə son üç il ərzində 19 nəfərin cansız bədəninin tapılması seriyalı qatil iddialarını gündəmə gətirib.
"Cebheinfo.az" xəbər verir ki, ard-arda aşkar edilən meyitlər həm sosial mediada, həm də yerli əhalinin arasında qorxu və narahatlıq yaradıb.
Cəmiyyətin artan təzyiqi fonunda polis idarəsi rəsmi açıqlama verərək, “Bu şəxslərin ölümü şübhəli hal kimi qiymətləndirilmir", deyə bildirib.
Buna baxmayaraq, göldə ölüm hallarının artması, regiona diqqətin yönəlməsinə və cinayət ehtimallarının irəli sürülməsinə səbəb olub.
Polis seriyalı qatillə bağlı hər hansı bir sübutun olmadığını və bu tip iddiaların əsassız olduğunu bildirir.
Həmçinin, hələ də tam aydınlaşdırılmamış hadisələrin davam etməsi, gölün məşhur əyləncə və parti zonalarına yaxınlığı və sosial mediada bu mövzuya dair yayılan paylaşımlar, ictimaiyyətdə polisə olan inamı sarsıdır.
Belə ki, "Rainey küçəsi qəssabı” kimi tanınan uydurma bir qatil barədə yayılan şayiələr, 3 iyun tarixində göldə gənc bir oğlanın meyitinin tapılması ilə yenidən gündəmə gəlib.
Məlumata görə, 17 yaşlı yeniyetmə ailəsi ilə birlikdə kano və kürek sörfü ilə məşğul olduğu zaman, xilasedici jiletlə suya atlanıb və daha sonra qeybə çəkilib.
Rəsmi polis qeydlərinə əsasən, 2022-ci ildən 2025-ci ilin iyun ayına qədər göldən ümumilikdə 19 meyit çıxarılıb.
Keçmişdə də Lady Bird gölündə bənzər hadisələr yaşansa da, xüsusilə 2022-ci ildə ard-arda oxşar profilli altı gəncin cansız bədəninin tapılması bu bölgənin mediada daha çox yer almasına səbəb olub.
Onlardan yalnız birinin ölümü istisna olmaqla, digərlərinin ölüm səbəbi “təsadüfi boğulma” kimi qeydə alınıb.
Əfsanə Rəcəb
"Cebheinfo.az"