Bu ölkədə güclü ZƏLZƏLƏ

Bu ölkədə güclü ZƏLZƏLƏ

Yaponiyanın Honşu adası yaxınlığında 6,0 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri təxminən 239 min nəfər əhalisi olan Aomori prefekturasının Haçinohe şəhərindən 70 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 59 kilometr dərinlikdə müəyyən edilib.

Hazırda sunami təhlükəsi elan olunmayıb və təbii fəlakət nəticəsində dağıntı və ya tələfat barədə rəsmi məlumat açıqlanmayıb./milli.az

“Cebheinfo.az”