FIFA-nı ittiham etdi: “Bu, dünya çempionatı deyil, fəlakətdir!”

FIFA-nı ittiham etdi: “Bu, dünya çempionatı deyil, fəlakətdir!”

İran milli komandasının kapitanı Mehdi Taremi FIFA-nı və DÇ-2026-nın təşkilatçılarını sərt şəkildə tənqid edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Daily Mail” nəşri məlumat yayıb.

Sietldə Misir yığması ilə qeydə alınan 1:1 hesablı heç-heçədən sonra mətbuata danışan hücumçu daimi logistik problemlər və dəstək çatışmazlığı ucbatından turnirin onlar üçün fəlakətə çevrildiyini bildirib:

“Biz elə ilk gündən bundan şikayət edirik. Bu, dünya çempionatı deyil, bir fəlakətdir! Fəlakət! Biz peşəkar turnirdə çıxış edən peşəkar futbolçularıq, bu edilənlər səhvdir, ədalətsizlikdir. Əgər FIFA bunu ədalətli hesab edirsə, lap yaxşı, bu onların problemdir. Amma bu, haqsızlıqdır.

Kim bizə kömək etmək istəyir? Heç kim! Heç kim kömək etmir. Bu problemləri bizim üçün kim həll etməlidir? FIFA? Bilmirəm. ABŞ? Bilmirəm. Mənə bircə ad çəkin! İlk oyundan sonra Canni İnfantino paltardəyişmə otağımıza gəlib bütün məsələləri həll edəcəyini demişdi, amma reallıqda FIFA heç nə etməyib”.

Qeyd edək ki, qrup mərhələsinin son oyununda İran millisi Misirlə 1:1 hesablı heç-heçə edib. Qarşılaşmanın 93-cü dəqiqəsində iranlılar onlara qələbə və pley-offa birbaşa vəsiqə qazandıracaq qolu vursalar da, VAR sistemi oyundankənar vəziyyət qeydə alaraq qolu ləğv edib.

Bu nəticədən sonra xallarını 3-ə çatdıran İran yığması G qrupunu üçüncü pillədə başa vurub və hələ də 1/16 finala yüksəlmək şanslarını qoruyur. Komanda qrupdakı hər üç oyununu heç-heçə ilə bitirib.

Xatırladaq ki, analoji göstərici ilə Kabo-Verde millisi də öz qrupunda ikinci yeri tutaraq pley-offa vəsiqə qazanmışdı.

"Cebheinfo.az"