Türkiyə ilə Fransa arasında müdafiə əməkdaşlığı müzakirə olunub
Türkiyənin Milli Müdafiə Nazirliyinin (MMN) Müdafiə və Təhlükəsizlik Baş İdarəsinin direktoru general-leytenant İlkay Altındağ Fransanın Silahlı Qüvvələr və Veteranlarla İş üzrə Nazirliyinin (SQVİN) nümayəndəsi Alis Rufo ilə görüşüb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Türkiyə MMN məlumat yayıb.
Görüşdə Türkiyə-Fransa müdafiə əməkdaşlığı müzakirə olunub. "Ankarada keçiriləcək NATO Sammitinin hazırlıqları ilə qlobal və regional təhlükəsizlik gündəliyində yer alan başlıca məsələlər barədə fikir mübadiləsi aparılıb", - məlumatda bildirilib.
Hər iki ölkənin ortaq gündəliyində yer alan regional məsələlərdə məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəlinib.
“Cebheinfo.az”


