İran İsrail Ordusunun tezliklə Livandan çəkilməsini tələb edir

İran İsrail Ordusunun tezliklə Livandan çəkilməsini tələb edir

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf livanlı həmkarı Nəbih Berri ilə telefonla danışıb, tərəflər Livandakı vəziyyəti müzakirə ediblər.

"Report" İran mediasına istinadən xəbər verir ki, söhbət zamanı ikitərəfli məsələlər barədə də fikir mübadiləsi aparılıb.

"İsrail Ordusunu Livanın bütün bölgələrində əməliyyatları dayandırmağa məcbur etmək üçün ABŞ tərəfindən bütün zəruri tədbirlərin görülməsinin vacibliyini vurğulayırıq", - bunu isə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai bildirib.

O vurğulayıb ki, Tehran İsrail Ordusunun Livandan geri çəkilmə qrafikinin daha sürətli müəyyənləşdirilməsini tələb edir.

Xatırladaq ki, İsrailin Müdafiə Ordusu Livanın cənubundakı Nəbatiyyə bölgəsində Livanın radikal "Hizbullah" hərəkatının bir neçə döyüşçüsünü zərərsizləşdirdiyini açıqlayıb.

“Cebheinfo.az”