Medvedev Ermənistanı hədələdi - “Ağır bədəllərə səbəb olar”
“Rusiya ilə əlaqələrin zədələnməsi Ermənistanın sıravi vətəndaşları üçün qaçılmaz ağır bədəllərə səbəb ola bilər”.
Bu fikirləri Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib.
Onun sözlərinə görə, Ermənistan bu gedişlə Rusiya bazarını, Avrasiya İqtisadi İttifaqındakı üstünlüklərini və uzun illər ərzində formalaşmış iqtisadi əlaqələrini itirə bilər.
O əlavə edib ki, belə bir ssenari baş verərsə, Ermənistan Rusiyadan təbii qazı indiki güzəştli qiymətlərlə deyil, Avropa bazar qiymətləri ilə almaq məcburiyyətində qala bilər.
"Cebheinfo.az"


