Trampla Netanyahunu ittiham etdi - “Etiraf deməkdir”
İranın Ali Lideri Müctəba Xamenei ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahunun İrana qarşı hücumlarla bağlı bəyanatlarını onların törətdikləri cinayətlərin etirafı kimi qiymətləndirib
O, bunu xalqa növbəti müraciətində açıqlayıb.
“Onların bu hücumlarla fəxr etməsi cinayətin etirafı hesab olunur və İran xalqının pozulmuş hüquqlarının bərpası üçün hüquqi zəmin yaradır.
40 günlük müharibə zamanı həyata keçirilən hücumlarla bağlı araşdırmalar davam etməkdədir. Hazırda dəymiş ziyanın həcmi hesablanır”, - Ali Lider bildirib.
Xamenei vurğulayıb ki, bu prosesin məqsədi məsul şəxslərin cavabdehliyinin müəyyən edilməsi və gələcəkdə oxşar hadisələrin təkrarlanmasının qarşısını almaqdır.
"Cebheinfo.az"


