Bu gecə hər ikisi meydana çıxacaq
DÇ-2026-da qrup mərhələsinin həyəcanı bu gecə baş tutacaq son qarşılaşmalarla yekunlaşır.
"Cebheinfo.az" xəbər verir ki, turnirdə pley-offun son iştirakçılarını müəyyənləşdirəcək mübarizədə L, K və J qruplarındakı komandalar münasibətlərinə aydınlıq gətirəcəklər.
Qeyd edək ki, bu gecə meydana çıxacaq komandalar arasında növbəti mərhələni – 1/16 finalı özü üçün yalnız Argentina millisi təmin edib.
Dünya çempionatı:
L qrupu
01:00 Panama-İngiltərə
01:00 Xorvatiya-Qana
K qrupu
03:30 Kolumbiya-Portuqaliya
03:30 Konqo DR-Özbəkistan
J qrupu
06:00 İordaniya-Argentina
06:00 Əlcəzair-Avstriya
"Cebheinfo.az"


