Osetin qadınları öldürməyə çağıran erməni bloqer GÜLLƏLƏNDİ
ABŞ-dƏ naməlum şəxslər əvvəllər osetin qadınları haqqında sərt açıqlamaları ilə məşhurlaşan erməni bloqer Armen Avanesovun avtomobilinə atəş açıblar.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə fəalın dostu "Qafqaz İcması" teleqram kanalında məlumat verib.
Hadisə Avanesovun avtomobili dayanacaqda olarkən baş verib. O yaralanıb və ağır vəziyyətdə reanimasiyada olduğu bildirilir, lakin xəbərin rəsmi təsdiqi yoxdur. Zədələnmiş avtomobilin görüntüləri, o cümlədən sınmış ön şüşənin görüntüləri də yayılıb. Lakin hadisənin dəqiq səbəbləri və hücumun mümkün günahkarları hələ müəyyən edilməyib.
Xatırladaq ki, Armen Avanesov osetin qadınları və onların geyim tərzi haqqında bir sıra sərt açıqlamalardan sonra məşhurlaşıb. O, "Qafqazın çirkabını aradan qaldırmaq" niyyətini açıq şəkildə bəyan edib, mini ətəklər geyindiyinə görə qadınlara cərimə tələb edib.
Bloqer ABŞ-də yaşayır. İyunun sonlarında onun fəaliyyətindən narazı olanlarla görüşmək üçün Şimali Osetiyaya səfər planlaşdırdığı iddia edilirdi.
Xəzər
“Cebheinfo.az”


