Bu da onun ilk sınağı...: Görüntülər

Bu da onun ilk sınağı...: Görüntülər

Venesuelada yüzlərlə insanın həyatını itirdiyi iki güclü zəlzələdən sonra xilasedicilər dağılmış binanın dağıntıları altından yeni doğulmuş körpəni sağ çıxarmağı bacarıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə xilasetmə görüntülərini “BBC News” yayıb.

Sosial şəbəkələrdə böyük səs-küyə səbəb olan videolarda fəlakətin ən çox zərər vurduğu La Quayra şəhərindəki xilasetmə anı anbaan lentə alınıb.

Görüntülərdə xilasedicilərin körpəni ehtiyatla beton blokların arasından çıxararaq onun atası olduğu təxmin edilən şəxsə təhvil verdiyi əks olunub. Az sonra sevindirici xəbər gəlib və körpənin anasının da dağıntılar altından sağ-salamat çıxarıldığı məlum olub.

Fəlakət bölgəsində axtarış-xilasetmə işləri fasiləsiz olaraq davam etdirilir.

Qeyd edək ki, Venesuelada qeydə alınan iki güclü zəlzələ ölkədə genişmiqyaslı dağıntılara yol açıb. Son rəsmi məlumatlara görə, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı kəskin artaraq ən azı 1400 nəfəri keçib, 3 360-dan çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

"Cebheinfo.az"