Erməni diasporu Türkiyəyə qarşı təşəbbüsə QOŞULDU
Amerika Erməni Milli Komitəsi (ANCA) Amerika konqresmenləri və Yunanıstan təşkilatlarının Türkiyəyə qarşı təşəbbüsə qoşulub.
“Cebheinfo.az” xəbər verir ki, təşəbbüs 700 milyon dollardan çox dəyərində olan General Electric F-110 qırıcı təyyarə mühərriklərinin satışını dayandırmaq üçündür.
Konqresdə də müvafiq qanunvericilik addımları atılıb və Türkiyənin F-35 proqramına qayıtmasının qarşısını almaq üçün çağırışlar edilib.
Xatırladaq ki, ABŞ rəhbərliyi Türkiyənin F-35 proqramına qayıtmasının mümkünlüyünü istisna etməyib və bundan sonra bəzi dairələrdə rəsmi Ankaraya qarşı fəaliyyət aktivləşib.
Xəzər
“Cebheinfo.az”


