Ağdərədə tur avtobusu qəza etdi - Xəsarət alanlar var
Ağdərə rayonunda tur iştirakçılarını daşıyan mikroavtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
“Cebheinfo.az”ın xəbərinə görə, qəza hadisəsi rayonun Vəngli kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan mikroavtobus qarşıdan gələn minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində mikroavtobusda olan sərnişinlərdən iki nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.
“Cebheinfo.az”


