Məşhur futbolçunun həyat yoldaşı və övladları zəlzələdən sağ çıxmadı

Məşhur futbolçunun həyat yoldaşı və övladları zəlzələdən sağ çıxmadı

Venesuelada baş verən dağıdıcı zəlzələ argentinalı futbolçu Lukas Trexonun ailəsinin həyatına son qoyub.

“Cebheinfo.az” xəbər verir ki, Venesuelanın "Maritimo" klubunda çıxış edən 38 yaşlı futbolçunun həyat yoldaşı və iki övladının meyitləri 74 saat davam edən axtarışlardan sonra tapılıb.

Kədərli xəbəri klub rəsmi bəyanatla təsdiqləyib.

Lukas Trexo bu ilin fevral ayından etibarən "Maritimo"nun formasını geyinir.

Xatırladaq ki, iyunun 25-də Venesuelada ardıcıl olaraq 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin məlumatına görə, əsas təkanlardan sonra daha 30-a yaxın afterşok qeydə alınıb. Venesuela hökumətinin son açıqlamasına əsasən, təbii fəlakət nəticəsində ölənlərin sayı 1430 nəfərə çatıb.

Zəlzələ yaşayış binaları və infrastruktur obyektlərində ciddi dağıntılara səbəb olub, tibb müəssisələrinə ziyan dəyib, ölkənin əsas hava limanının fəaliyyəti isə dayandırılıb.

“Cebheinfo.az”