Qarabağa turla gedənlər qəzaya düşdü: YARALILAR VAR

Qarabağa turla gedənlər qəzaya düşdü: YARALILAR VAR

Ağdərə rayonunda tur iştirakçılarını daşıyan mikroavtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

“Cebheinfo.az” “Qafqazinfo”ya istinadla bildirir ki, qəza hadisəsi rayonun Vəngli kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan mikroavtobus qarşıdan gələn minik avtomobili ilə toqquşub. Qəza nəticəsində mikroavtobusda olan sərnişinlərdən xəsarət alanlar var. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

***

Qəza zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.

Onlar - 1989-cu il təvəllüdlü Həsənova Həcər Əli qızı, 1984-cü il təvəllüdlü İmanova Raidə Bəxdiyar qızı, 2011-ci il təvəllüdlü Babayeva Minarə Elnur qızı, 2018-ci il təvəllüdlü İmanov Hüseyn Pərviz oğlu,1966-cı il təvəllüdlü Hacıyeva Nərgiz Əmrah qızıdır.

“Cebheinfo.az”