Çin növbəti peyk qrupunu uğurla orbitə çıxarıb

Çin növbəti peyk qrupunu uğurla orbitə çıxarıb

Çin “Kuaizhou-11” daşıyıcı raketi vasitəsilə peyk qrupunu uğurla orbitə çıxarıb.

"Cebheinfo.az" Çinin Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, raket ölkənin şimal-qərbində yerləşən Jiuquan Peyk Buraxılış Mərkəzindən buraxılıb. 

Məlumata görə, buraxılış Pekin vaxtı ilə saat 11:58-də həyata keçirilib.

Məlumata görə, bu missiya ilə “Kuaizhou-11” raket seriyasının 6-cı uçuş tapşırığı yerinə yetirilib.

Qeyd edək ki, bu, “Kuaizhou-11” daşıyıcı raketinin növbəti 6-cı uğurlu missiyası olub.

Nigar Hacılı 
"Cebheinfo.az