Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər imzalanıb - YENİLƏNİB
Azərbaycan və İslam İnkişaf Bankı (İİB) Qrupu arasında bir sıra sənədlər imzalanıb.
"Cebheinfo.az" xəbər verir ki, tədbirdə "Qarabağ suvarma kanalının yenidən qurulması" layihəsi üzrə Çərçivə (Kredit) sazişi, "Qarabağ suvarma kanalının yenidən qurulması" layihəsi üzrə Qrant Sazişi və "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İslam İnkişaf Bankı arasında Azərbaycan Respublikası üçün Üzv Ölkə Tərəfdaşlıq Strategiyasının hazırlanmasına dair Anlaşma Memorandumu" imzalanıb.
10:56
Azərbaycan və İslam İnkişaf Bankı (İİB) Qrupu arasında sənədlər imzalanıb.
"Cebheinfo.az" xəbər verir ki, tədbir iyunun 18-də Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılışı mərasimi çərçivəsində baş tutub.
Sənədlər Azərbaycan Prezidenti İlham Əliyev və İslam İnkişaf Bankı (İİB) Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casirin iştirakı ilə imzalanıb.
"Cebheinfo.az"

