Rusiyada həyəcan: Uçuşlar dayandı, hava limanları iflic oldu
Hazırda Moskva hava limanlarında 12 mindən çox sərnişin uçuş gözləyir.
“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.
Dünən gecədən bəri Moskva hava limanlarında ümumilikdə 574 uçuş təxirə salınıb və ya ləğv edilib.
“Vnukovo” hava limanında 24 uçuş reysi ləğv edilib, 50-si təxirə salınıb. İyirmi yeddi eniş reysi ləğv edilib, 74-ü isə gecikib.
“Şeremetyevo” hava limanında isə 97 uçuşun qəbulu gecikib, 82-si isə ləğv edilib. 90 qalxma uçuşu ləngiyib və 88-i isə ləğv edilib.
“Domodedovoda” hava limanında da 25 uçuşun qəbulu gecikib və 2-si isə ləğv edilib. 11 qalxma uçuşu gecikib, 4-ü ləğv edilib.
Müşfiq Abdulla
“Cebheinfo.az”

