FHN təlim keçirdi - VİDEO

FHN təlim keçirdi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzi 2026-cı ilin hazırlıq planına uyğun olaraq “Dağlıq ərazidə axtarış-xilasetmə vərdişlərinin təkmilləşdirilməsi” mövzusunda təlim keçirib.

"Cebheinfo.az" xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd xilasedicilərin mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə xilasetmə əməliyyatlarının aparılması üzrə bacarıq və vərdişlərinin daha da təkmilləşdirilməsi olub.

Təlim zamanı mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə şərti köməksiz vəziyyətdə qalmış zərərçəkmişlər xüsusi vasitələrlə “xilas edilərək onlara ilk yardım” göstərilib.

Uğurla icra olunan təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunub.

"Cebheinfo.az"