Paşinyan Hikmət Hacıyevin Dilican səfərindən danışdı

Paşinyan Hikmət Hacıyevin Dilican səfərindən danışdı

Baş nazir Nikol Paşinyan Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Azərbaycan Prezidentinin köməkçisi, Prezident Adminstrasiyasının Xarici Siyasət Məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev arasında Dilicanda keçirilən görüşlə bağlı sualı cavablandırıb. 

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın Baş naziri iyunun 18-də keçirdiyi mətbuat konfransında bildirib ki, tərəflər bir-birinin mövqelərinə aydınlıq gətirir.  Onun sözlərinə görə, bu cür görüşlər istənilən diplomatik təmaslarda üçüncü tərəflərdən və ya mediadan deyil, birbaşa məlumat əldə etmək imkanı yaradır.

Görüşün təfərrüatları ilə bağlı suala  cavabında Paşinyan bu məsələnin dünən parlamentdə ətraflı müzakirə olunduğunu və əlavə edəcək bir şey olmadığını deyib: 

“Bu, vacib bir görüş idi və onun regiondan kənarda deyil, Ermənistanda baş tutması vacibdir. Bu, o deməkdir ki, biz sülh prosesini irəli aparırıq və bütün mümkün riskləri idarə edirik”, - deyə  qeyd edib.

Müşfiq Abdulla 
“Cebheinfo.az”