Nikol Kidman iş adamıyla münasibətdədir?
Məşhur amerikalı aktrisa Nikol Kidman artıq bir neçə aydır yüksəkvəzifəli iş adamı ilə gizli münasibətdədir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Deuxmoi” insayder portalı məlumat yayıb.
58 yaşlı Hollivud ulduzu və sevgilisinin aktrisanın musiqiçi Kit Urbanla səs-küylü boşanmasından sonra hadisələri tələsdirməməyə qərar verdikləri iddia olunur.
“Cütlük qəsdən son dərəcə ehtiyatlı davranır və ictimaiyyətin diqqətini çəkməməyə çalışır”, - məlumatlı mənbə nəşrə bildirib.
Nəşr həmin iş adamının adını açıqlamasa da, daha əvvəl mətbuatda əyləncə nəhəngi “MGM Resorts International”ın direktorlar şurasının rəhbəri 62 yaşlı Pol Salemin “Oskar” mükafatlı aktrisaya diqqət göstərdiyi barədə xəbərlər yayılmışdı.
Xatırladaq ki, Nikol Kidman bu ilin əvvəlində həyat yoldaşı, musiqiçi Kit Urbandan boşanıb. 19 illik evlilikdən sonra yollarını ayıran cütlük 282 milyon dollar dəyərində qiymətləndirilən əmlakın bölünməsi ilə bağlı müqavilə imzalayıblar.
"Cebheinfo.az"

