İsmayıl Bəqayi: “Müharibə bitməyəcək”

İsmayıl Bəqayi: “Müharibə bitməyəcək”

“İsrail qoşunlarının Livan ərazisindən çıxarılması ABŞ ilə bağlanmış müqavilənin vacib şərtlərindən biridir”.

“Cebheinfo.az”-ın məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Livanın “Əl-Əhbar” qəzetinə müsahibəsində belə deyib.

“Sənəddə Livanın suverenliyi və ərazi bütövlüyünə zəmanət vermək öhdəliyi var. Bu o deməkdir ki, işğalçı qüvvələr Livan torpaqlarını tərk etməlidir.

Biz müharibənin bitməsinə hazırıq, amma sionist düşmən orada qaldığı müddətcə müharibə bitməyəcək. İran İsrailə qarşı münasibətini dəyişməyəcək.

Lakin ona qarşı düşmənçilik hərəkətləri etməməyi öhdəsinə götürür və eyni öhdəlik İranın sərhədləri xaricindəki müttəfiqlərinə də şamil edilir.

Bu müqavilə bir tərəfdən ABŞ və müttəfiqləri, digər tərəfdən isə İran və müttəfiqləri arasında müharibənin bitməsini ifadə edir”, - deyə Bəqayi bildirib.

Müşfiq Abdulla
“Cebheinfo.az”