Paşinyan seçkilərdən danışdı: “Səslərin satın alınmasına görə...”

Paşinyan seçkilərdən danışdı: “Səslərin satın alınmasına görə...”

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə hakimiyyətinin yeni seçkilərə hazırlaşdığına dair ideyaları təkzib edib.

“Cebheinfo.az”-ın məlumatına görə, Paşinyan bu barədə iyunun 18-də keçirilən brifinqdə açıqlama verib. 

“Seçki hüququ və səslərin satın alınmasına görə hakim partiyanın daha sərt cəza kimi qanunvericilik təşəbbüsləri yeni seçkilərə hazırlaşırmı?” sualına Paşinyan “Əlbəttə ki, biz bunu planlaşdırmırıq” - cavabını verib.

Onun sözlərinə görə, seçkilərdən əvvəl ictimaiyyət qeyd edilən məsələlərdəki vəziyyətlə bağlı açıq şəkildə narazılığını nümayiş etdirib.

“Amma mən prinsipcə seçkilərdən əvvəl dəyişikliklərə qarşı idim və seçkilərdən sonra tədbirlər görəcəyimə söz vermişdim. Bu, mümkün qədər tez edilir ki, insanların niyə heç nə edilmədiyi ilə bağlı sualları olmasın”, - deyə Paşinyan əlavə edib.

Müşfiq Abdulla  
“Cebheinfo.az”