İran nüvə obyektlərini minaladı
Son həftələrdə İran İsfahanda bombardman edilmiş nüvə kompleksinə qəsdən tunellər qazır və girişləri minalayır.
“Cebheinfo.az” xəbər verir ki, “CNN” bu barədə məlumat yayıb.
Qeyd edilir ki, Tehran bunu yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarını çıxarmaq məqsədi daşıyan ABŞ xüsusi təyinatlı qüvvələrinin mümkün hücumunun qarşısını almaq üçün edib.
ABŞ kəşfiyyatı ilə tanış olan beş mənbədən əldə edilən məlumata əsasən, bu uranın çıxarılması iranlılar da daxil olmaqla hər kəs üçün daha çətin və təhlükəli hala gəlib.
ABŞ Prezidenti Donald Trampın İranın nüvə arsenalını ələ keçirmək üçün yerüstü əməliyyatı ciddi şəkildə nəzərdən keçirməsi müharibənin başlanğıcından bəri vəziyyəti kəskin şəkildə dəyişib.
Keçmiş yüksək vəzifəli nüvə məmuru “CNN”-ə verdiyi müsahibədə İranın fəaliyyətinin əlavə risqlər yaratdığını deyib.
“Gələcəkdə Tehran bəzi materialların əldə edilməsinin sadəcə mümkün olmadığını iddia edə bilər”, - deyə açıqlamada qeyd edilir.
Müşfiq Abdulla
“Cebheinfo.az”

