“Barselona” ona elçi düşdü

“Barselona” ona elçi düşdü

“Barselona” heyətini gücləndirmək istiqamətində fəaliyyətini davam etdirir.

"Cebheinfo.az" xəbər verir ki, tanınmış jurnalist Aleks Rodriges Sançesin yaydığı məlumata görə, Kataloniya klubunun idman direktoru Deko PSJ-nin fransalı hücumçusu Bredli Barkolanın agenti ilə görüş planlaşdırıb.

Barselona təmsilçisinin Barkolanın transferi üçün Paris klubuna 50 milyon avro təklif edəcəklər və Fransa təmsilçisinin bu təklifi qəbul etməyə hazır olduğu bildirilir. Kataloniyalılar 23 yaşlı futbolçunun özünə isə vergilər çıxılmaqla illik 13 milyon avro maaşla 5 illik müqavilə təklif edəcək.

Qeyd edək ki, Bredli Barkola PSJ-də üç mövsüm keçirib. Bu müddət ərzində gənc hücumçu 152 rəsmi matçda meydana çıxaraq 39 qol və 37 məhsuldar ötürmə ilə yaddaqalan performans nümayiş etdirib.

"Cebheinfo.az"