İran təkzib etdi: “ABŞ ilə memorandumun imzalanması...”
“ABŞ ilə memorandumun imzalanması bazar günü baş tutmayacaq. Lakin bunun yaxın günlərdə baş tutması mümkündür”.
“Cebheinfo.az”-ın məlumatına görə, İran xarici işlər nazirliyinin sözçüsü İsmayil Bəqayi belə deyib.
Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə münaqişənin həlli ilə bağlı memorandumun yaxın günlərdə rəqəmsal formatda imzalana biləcəyini irəli sürmüşdü.
Pakistanın Baş naziri Şahbaz Şərif də öz növbəsində, ABŞ və İran arasında elektron şəkildə müqavilə imzalamağa hazırlaşdığını bildirib.
Müşfiq Abdulla
“Cebheinfo.az”

