İsrail Livanın cənubunda obyektlərə zərbələr endirdi

İsrail Livanın cənubunda obyektlərə zərbələr endirdi

İsrail son sutka ərzində Livanın cənubunda "Hizbullah" hərəkatının 70-dən çox obyektinə zərbələr endirib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (IDF) məlumatında deyilir.

Zərbələrin hədəfi qruplaşmanın hücumların hazırlanmasında istifadə etdiyi raket qurğuları və binalar olub.

Bundan başqa, "Hizbullah"ın bir neçə döyüşçüsünün öldürüldüyü bildirilir.

"Cebheinfo.az"