ABŞ-la İran 24 saat ərzində razılaşacaq - Pakistandan xəbər
Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İranla sülh müqaviləsinə indiyə qədər olduğundan daha yaxın olduqlarını və müqavilənin 24 saat ərzində yekunlaşacağını gözlədiklərini deyib.
“Cebheinfo.az”-ın məlumatına görə bu barədə Şahbaz Şərif “X” sosial media platformasında açıqlama verib.
“Biz sülh sazişinə hər zamankından daha yaxınıq. Sənədin yekunlaşmasının yaxın 24 saat ərzində gözlənildiyini nəzərə alaraq, Pakistan dərhal sonra sazişin elektron qaydada imzalanmasına hazırlaşır. Gələn həftə isə texniki səviyyədə danışıqlar baş tutacaq”, - deyə Pakistanın Baş naziri qeyd edib.
“Biz həmçinin, regiondakı qardaş və bacılarımıza göstərdikləri dəstəyə görə dərin minnətdarlığımızı bildiririk. İnanırıq ki, bu tarixi razılaşma davamlı sülh üçün möhkəm təməl yaradacaq”, - deyə Baş nazir bildirib.
Müşfiq Abdulla
“Cebheinfo.az”

