Bakıda bir qohumunu öldürən: Digərini bıçaqlayan şəxsə hökm oxunub
Bakıda bibisi qızını bıçaqlamaqda, digər qohumunu qətlə yetirməkdə təqsirləndirilən Kamal Baxşıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror təqsirləndirilən Kamal Baxşıyevin 15 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Məhkəmə müşavirəyə gedib.
Müşavirədən sonra hökmü elan edilib. Hökmə əsasən, təqsirləndirilən Kamal Baxşıyev 13 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə 2026-cı ilin aprelin 4-də paytaxtın Suraxanı rayonu Zığ qəsəbəsində baş verib. Bakı sakini Kamal Baxşıyev qısqanclıq zəminində bibisi qızı Nailə Səlimovaya çoxsaylı bıçaq zərbələri endirməklə ona ağır xəsarətlər yetirib. Kamal Baxşıyev daha sonra əmisi nəvəsi Elsad Baxışovu bıçaqla qətlə yetirib.
Kamal Baxşıyevə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) və 29.120.2.7-ci (iki və daha artıq şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb.
"Cebheinfo.az"

