Keçmiş futbolçu: “Olise dünyanın ən yaxşısıdır”

Keçmiş futbolçu: “Olise dünyanın ən yaxşısıdır”

Keçmiş müdafiəçi Villi Sanyol hazırda Fransa millisinin heyətində çıxış edən ulduz vinqer Mişel Oliseni xeyli tərifləyib.

"Cebheinfo.az" xəbər verir ki, 49 yaşlı veteran Oliseni dünyanın ən yaxşı futbolçusu hesab edir:

"Mişel Olise dünyanın ən yaxşısıdır, bütün digər oyunçulardan qat-qat öndədir. Əgər ilin sonunda o, “Qızıl top”u qazanmasa, deməli, futbolda ciddi şəkildə yanlış gedən nəsə var". 

24 yaşlı ulduz cari mundialda çıxdığı 4 oyunda 5 assistlə yadda qalıb. O, həmyerlisi Raymon Kopanın rekordunu (8 assist) qırmağa iddialıdır.

"Cebheinfo.az"