Şoyqu Quterreşi Qara Dəniz Taxıl Təşəbbüsünü pozmaqda ittiham edib
Türkiyə xarici işlər naziri Hakan Fidan Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşüb.
APA-nın Moskva bürosu xəbər verir ki, görüşdə təhlükəsizliyin möhkəmlənməsi müzakirə olunub.
Şoyqu bildirib ki, Moskva və Ankara Ukrayna ilə bağlı 2022-ci il İstanbul müqavilələrinin həyata keçirilməsini təmin etmək üçün əlindən gələni ediblər, lakin Qərb onları pozub: "İstanbul müqaviləsi o vaxt birgə hazırlanıb. Qərbin müdaxiləsi olmasaydı, bu işi başa çatdırmaq üçün hər cür imkanımız olardı".
Şoyqu BMT-nin Baş katibi Antonio Quterreşi Qara Dəniz Taxıl Təşəbbüsünü pozmaqda ittiham edib. O vurğulayıb ki, Rusiya və Türkiyə isə öz növbəsində öhdəliklərini tam yerinə yetirib.
"Razılaşmalarda iştirak edən yeganə - üçüncü iştirakçı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilməyib. Mən BMT-ni, cənab Antonio Quterreşi nəzərdə tuturam", - Şoyqu aydınlıq gətirib.
"Cebheinfo.az"


