Sürücü maşını fanatların üstünə sürdü: Hadisə belə baş verib...

İspaniyanın Barselona şəhərində "Espanyol" - "Barselona" matçından əvvəl sürücü avtomobilini azarkeşlərin üstünə sürüb.
"Cebheinfo.az" xəbər verir ki, “Espanyol” stadionu qarşısında baş verən insidentdə 13 nəfər xəsarət alıb.
Polis ilkin ifadəsində qadın sürücünün avtomobilin idarəetməsini itirdiyini bildirib.
Görüntülərdə avtomobilin izdihamın arasında ilişib qaldığı və fanatların atdığı müxtəlif əşyalar səbəbindən zədələndiyi görünür.
Daha sonra sürücü qəflətən sürəti artıraraq camaatın arasına girib və bu da videoya çəkilib.
Nigar Hacılı
"Cebheinfo.az"