Paşinyan niyə İTV-yə danışmaq qərarına gəldi?

“Albaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan konfrans zalını sürətlə tərk edərkən mikrofonu ona uzadan Azərbaycanın İctimai Televiziyasının əməkdaşının suallarına cavab verməyə qərar verdi.
Əslində Paşinyanın ətrafı azərbaycanlı jurnalistləri Baş nazirdən uzaqlaşdırmağa çalışırdılar. Paşinyanın özü də azərbaycanlı jurnalistlərdən uzaqlaşmağa çalışırdı, ancaq onun qəfil fikrini dəyişməsi və İctimai Televiziyanın əməkdaşının suallarına cavab verməyə hazır olması diqqətçəkicidir”.
“Cebheinfo.az” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Görünür, Paşinyan bu yolla Azərbaycan cəmiyyətinə birbaşa mesaj göndərə biləcəyini düşünüb. Ancaq Paşinyan suallara cavabında yeni heç nə demədi. Birincisi, Ermənistanda hələ yeni Konstitusiya layihəsi yoxdur. İkincisi, İrəvan Minsk Qrupundan Bakı ilə sülh sazişini imzaladığı gün imtina edəcək. Üçüncüsü, Ermənistanın Azərbaycana ərazi iddiası yoxdur”,-deyə o bildirib.
Xəzər
“Cebheinfo.az”